Taksilərin qiyməti artıb? - AÇIQLAMA - YENİLƏNİB
Son günlər günün pik saatlarında "Bolt" taksi qiymətlərində müşahidə olunan qiymət artımı müzakirələrə səbəb olub.
meqale.com xəbər verir ki, ən qısa məsafələrdə belə qiymətin xeyli yüksək olduğu nəzərə çarpıb.
Məsələ ilə bağlı oxuya açıqlama verən "Bolt" şirkətinin Azərbaycandakı xidmətinin rəhbəri Naim Əzizov qiymət siyasətlərində hər hansı dəyişiklik və minimum qiymətdə artım olmadığını bildirib.
---------
30 avqust
Azərbaycanda bəzi taksi şirkətlərinin qısa məsafələr üçün gedişhaqqı qiymətlərini qaldırdığı deyilir.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sərnişinlər sosial şəbəkədə məlumat paylaşıb.
Bildirilib ki, "Uber" şirkətində yaxın məsafələrə gedişlər üçün minimal məbləğ 4, "Bolt" şirkəti üçün isə 3,50 AZN olub.