Tanınmış aktyor: "Arvadımın sözündən çıxmıram" - FOTO
"Yabani" serialında Güvən obrazını canlandıran Tayanç Ayaydın 10 ildir birlikdə olduğu amerikalı həyat yoldaşı Sally Qalayinini tərifləyib.
meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 45 yaşlı məşhur aktyor Ayaydın verdiyi müsahibədə, "Həyat yoldaşım Sally sayəsində fit və sağlam qala bilirəm. Həyat yoldaşım hər zaman yanımdadır, yediyim, içdiyim, idman etdiyimlə maraqlanır. Səhhətim çox daha yaxşıdır. Sally həyatıma girəndən bəri bir yerdəyik və o, məni çox sevir. O, yaxşı idarə edir. Ağıllı adam kimi həyat yoldaşımın sözlərinə qulaq asıram" deyib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun