Tanınmış estetik-cərrahdan KÜTLƏVİ ŞİKAYƏT - Əməliyyat etdiyi qadının burnu çürüyür?
Ötən həftə sosial şəbəkələrdə qulaq-burun-boğaz (lor) həkimi və estetik-cərrah kimi tanınan Rəşad Məmmədovun əməliyyat etdiyi 3 qadının şikayəti işıqlandırılmışdı.
Məsələ ictimailəşdirildikdən sonra bu dəfə eyni həkimin qurbanı olduğunu iddia edən 2 qadın da öz şikayətlərini bildiriblər.
meqale.com Xəzər TV-yə istinadən xəbər verir ki, Rüzgar Rzayevanın sözlərinə görə, iki il əvvəl sözügedən həkim tərəfindən əməliyyat edilib. 1 həftə sonra özünü pis hiss edən qadın həkimin qəbuluna yazılıb.
Bu zaman gips açılanda dərinin gipsə yapışdığını görüblər. Rüzgar Rzayeva iddia edir ki, həkim ona dəri köçürməsini söz versə də, daha sonra zənglərinə cavab verməyib. Burnunun çürüdüyünü iddia edən pasiyent həkimə ödədiyi məbləğin geri qaytarılmasını tələb edir.