Tanınmış idmançıya "Gelandewagen" hədiyyə edildi

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov UFC döyüşçüsü Həmzət Çimayevə yeni "Gelandewagen" hədiyyə edib. 

Tanınmış idmançıya
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov UFC döyüşçüsü Həmzət Çimayevə yeni "Gelandewagen" hədiyyə edib. 

meqale.com Modern.az-a istinadən xəbər verir ki, bu barədə "Gazeta" nəşri məlumat yayıb.

Hədiyyə idmançının "UFC 294" turnirində nigeriyalı Kamaru Usman üzərində qələbəsindən sonra təqdim edilib.

Qeyd edək ki, yarış oktyabrın 21-də Abu Dabidə (BƏƏ) keçirilib. Döyüş üç raund davam edib.

Çimayev rəsmi UFC çəki dərəcəsində dördüncü yerdədir.