Tanınmış jurnalist Elnur Əşrəfoğlunun həyat yoldaşı ilə son yazışması
"Elnurun övladları, işi ilə bağlı çox arzuları yarım qaldı".
meqale.com baku.ws-ə istinadən bildirir ki, bu sözləri "O üz" layihəsinə qonaq olan mərhum jurnalist Elnur Əşrəfoğlunun xanımı deyib.
O həyat yoldaşı ilə son yazışmazsından danışıb:
"Reanmiasiyaya düşməzdən bir gün əvvəl məndən ona plov bişirməyimi istədi. Həmin vaxt süni-tənəffüs apartına qoşulu idi və hər dəqiqə əlaqə saxlamaq mümkün deyildi. Sonra mənə mesaj yazdı ki, yeməyi yedim, narahat olma. Biraz keçmiş yazdı ki, məni reanimasiyaya aparırılar. Dedim bilirəm, narahat olma, xəbərim var. Qanını təmizləyəcəklər. İnşallah yaxşı olacaqsan. Bu bizim sonuncu yazışmamız oldu.
Özü isə "Whatsapp"ına səmadan Məkkənin görünşünün şəkilini qoymuşdu".
Xatırladaq ki, Elnur Əşrəfoğlu 2021-ci ilin oktyabrın 10-da koronavirusdan dünyasını dəyişib. Tanınmış jurnalistin sonuncu iş yeri Azərbaycan Cüdo Federasiyası olub.