Tarixdə ilk dəfə - Rusiyanın bu təyyarəsi vuruldu - FOTO

Ukrayna Baş Kəşfiyyat İdarəsi (GUR) tarixdə ilk dəfə olaraq Rusiyanın iki Be-12 "Çayka" amfibiya təyyarəsini vurub.

Tarixdə ilk dəfə - Rusiyanın bu təyyarəsi vuruldu - FOTO
Ukrayna Baş Kəşfiyyat İdarəsi (GUR) tarixdə ilk dəfə olaraq Rusiyanın iki Be-12 "Çayka" amfibiya təyyarəsini vurub.

meqale.com xəbər verir ki, əməliyyat sentyabrın 21-də Krımda Ukraynanın "Kabuslar" bölməsinin xüsusi təyinatlıları tərəfindən həyata keçirilib.

Həmçinin, Rusiyaya məxsus Mi-8 çoxməqsədli helikopteri də vurulub.

Qeyd edək ki, Be-12 təyyarələri sualtı qayıqları aşkarlamaq və onlarla mübarizə aparmaq üçün yüksək texnologiyalı avadanlıqlarla təchiz edilmişdi. Onların məhv edilməsi Rusiyanın Qara və Azov dənizlərində nəzarət qabiliyyətinə ciddi zərbə vurur.