Tatarıstan Rəisi Rüstəm Minnixanov Bakıya gəlib
Rusiyanın Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov dekabrın 16-da Bakıya işgüzar səfərə gəlib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, səfər Azərbaycan tərəfinin dəvəti ilə həyata keçirilir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Rüstəm Minnixanovu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov qarşılayıblar.