TƏBİB: "Bu şəxslərə qızılca əleyhinə peyvənd vurula bilməz"

"Hamilələr və digər yanaşı xəstəliyi olanlar üçün qızılca əleyhinə peyvənd vurulması əks göstərişdir".

TƏBİB:
"Hamilələr və digər yanaşı xəstəliyi olanlar üçün qızılca əleyhinə peyvənd vurulması əks göstərişdir".

meqale.com report-a istinadən xəbər verir ki, bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib.

TƏBİB rəsmisi xatırladıb ki, qızılca çox yüksək yoluxuculuğa malik xəstəlikdir: "Bir otaqda qızılca xəstəliyi olan şəxs otaqda olan xəstəliyə yoluxmayan və peyvənd etdirməyən şəxsləri anında yoluxdura bilər. Bu xəstəlik əsasən uşaqlıq dövrü xəstəliyidir. Lakin uşaqlıqda bu xəstəliyi keçirməyibsə sonradan yoluxma ehtimalı var".