Tehranla İrəvan bu barədə razılığa gəldi
Tehranla İrəvan yol ödənişlərini ləğv etmək barədə razılığa gəliblər.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Qeyd olunub ki, bu barədə razılıq İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşla Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan arasında keçirilən görüşdə əldə olunub.
Bəzrpaş bildirib ki, bu qərar, daha az xərclə üçüncü ölkələrə mal daşıya biləcək iş adamları üçün çox ciddi problemi həll edəcək.