Tələbə faciəvi şəkildə öldü - Yenilənib - FOTO
23:42 Azərbaycanda tələbə faciəli şəkildə ölüb.
meqale.com xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının Biznesin idarə edilməsi ixtisası üzrə 4-cü kurs tələbəsi Hüseynli Samir avtomobil qəzasından vəfat edib. /lent.az
---------- 10:23
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kürdəmir rayonunun Atakişili kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
meqale.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "BAЗ" markalı minik avtomobili və "Ford" markalı yük avtomobili toqquşub, 1 nəfər sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
*** 06:49
Bakı-Qazax əsas magistral yolununKürdəmir rayonunun Xırdapay kəndindən keçən hissəsində ağır qəza qeydə alınıb.
meqale.com-ın xəbərinə görə , "VAZ - 2107"markalı avtomobil "Ford" markalı mikroavtobusa çırpılıb.
Qəza zamanı "VAZ"- ın sürücüsü İmişli rayon sakini, 2003-cü il təvəllüdlü Hüseynli Samir Rauf oğlu hadisə yerində dünyasını dəyişib.
Onun qardaşı, 2009-cu il təvəllüdlü Hüseynli Eynulla Rauf oğlu isə müxtəlif dərəcəli ağır bədən xəsarəti ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.