"Telegram" hesabınızın təhlükəsizliyini belə qoruya bilərsiniz

"Telegram" hesabınızı qorumaq üçün ikifaktorlu təsdiqləməni aktivləşdirin və hesabınıza qoşulmuş cihazları müntəzəm olaraq nəzərdən keçirin.

"Telegram" hesabınızı qorumaq üçün ikifaktorlu təsdiqləməni aktivləşdirin və hesabınıza qoşulmuş cihazları müntəzəm olaraq nəzərdən keçirin.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, "Settings-Devices" hissəsində hesabınıza bağlı olab cihazları mütəmadi olaraq yoxlaya, şübhəli görünən və tanımadığınız qurğuların işini dərhal sonlandıra bilərsiniz.

Qurumdan ikifaktorlu təsdiqləmə funksiyasını aktivləşdirmək tövsiyə edilib.