Telegram-ın aktiv istifadəçilərinin sayı bir milyardı ötüb
Telegram messencerinin aktiv istifadəçilərinin sayı bir milyardı ötüb.

Bu barədə xidmətin təsisçisi Pavel Durov öz Telegram kanalında məlumat verib.
“Hazırda Telegram-dan aylıq bir milyarddan çox aktiv istifadəçi istifadə edir”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, xidmət dünyada ikinci ən populyar messencer olub.