Təmsilçimiz Avropa kuboku ilə vidalaşdı

Kişilərdən ibarət "Azəryol" həndbol klubu EHF Avropa kubokunda mübarizəni dayandırıb.

Təmsilçimiz Avropa kuboku ilə vidalaşdı
Kişilərdən ibarət "Azəryol" həndbol klubu EHF Avropa kubokunda mübarizəni dayandırıb.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, təmsilçimiz hər iki oyunda "Briksen"ə (İtaliya) uduzub.

Komandalar arasında razılaşmaya əsasən, hər iki oyun İtaliyada keçirilib. Dünən baş tutan ilk qarşılaşmada 21 xal fərqi ilə qalib gələn meydan sahibləri bu dəfə də böyükhesablı uğur qazanıblar. "Azəryol" 19:37 hesabı ilə uduzub.

EHF Avropa kuboku 2-ci mərhələ, cavab oyunu 21 oktyabr 21:00. "Briksen" (İtaliya) - "Azəryol" (Azərbaycan) - 37:19 (20:7) İlk oyun: 43:22