Tərtərdə 16 yaşlı oğlan itkin düşüb - FOTO
Tərtərdə 16 yaşlı oğlan itkin düşüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan meqale.com-a verilən məlumata gõrə, Tərtər rayonu Mamırlı kənd sakini, 2007-ci il təvəllüdlü Atayev Vidadi Samir oğlu 15 avqust tarixində evdən çıxıb və geri qayıtmayıb. Onun itkin düşməsi barədə 16 avqustda Tərtər Rayon Polis şöbəsinə məlumat verilib.
Qeyd edilən məlumatla əlaqədar polis əməkdaşları tərəfindən intensiv axtarış tədbirləri davam etdirilir.