Tətilə getdiyi ölkədə xəstəxanaya yerləşdirildi - FOTO
Türkiyəli məşhur müğənni Melek Mosso səhhətində yaranan problemlər səbəbilə xəstəxanaya yerləşdirilib.
meqale.com türk mediasına istinadla xəbər verir ki, həyat yoldaşı Serkan Sağdıçla istirahətə gedən Melek Mosso Balidə xəstəxanalıq olub.
Mosso əvvəlcə bədənində yaranan güclü allergiya reaksiyası ilə bağlı sosial media izləyicilərindən məsləhət istəyib. Ardınca isə müğənni Balidəki sulardan yoluxan "Bali Belly" xəstəliyinə tutulduğunu bildirib.
Qeyd edək ki, Mosso və Sağdıç bir müddət əvvəl boşanacaqları iddiaları ilə gündəmə gəlmişdilər.
"Bali Belly" xəstəliyi nədir? Bu xəstəlik əsasən bakterial, viral və ya parazitar infeksiyalardan qaynaqlanır və aşağıdakı simptomlarla müşayiət olunur:
Qarın ağrısı və kramplar İshal Bulantı və qusma Qızdırma və titrəmə Yorğunluq və zəiflik