Təxliyə əbəs deyil: Kurskı mühasirəyə alıb, bombalamalıyıq!
Hazırda Ukrayna ordusunun əməliyyatının keçirildiyi Kursk vilayətini bombalamalıyıq.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının keçmiş deputatı Natalya Naroçnitskaya bildirib.
"Biz onları mühasirəyə alıb hər şeyi məhv etməliyik, başa düşürsünüzmü?", - deputat çağırış edib.
O, rus qoşunlarının Kursk bölgəsini bombalayacağına ümid etdiyini qeyd edib:
"Ümid edirəm ki, onlar buna hazırlaşırlar, çünki bu qədər təxliyənin olması əbəs yerə deyil".