Təyyarəmizin vurulmasına görə məsuliyyəti onlar daşıyır - ADLAR
Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsinin Rusiyanın "Pantsir-S" Hava Hücumundan Müdafiə sistemi tərəfindən vurulmasına görə məsuliyyət daşıyan şəxslər müəyyən edilib.
İkinci cavabdeh "Vaynaxavia" ASC-nin rəhbəri Şahqiriyev Alvi Saydumoviçdir. Bu şirkət Qroznı hava limanını idarə edir.
Hadisəyə görə məsuliyyət daşıyan digər şəxslər arasında Rusiyanın Cənub Hərbi Dairəsinin rəhbərliyi də var, çünki Çeçenistan ərazisi məhz bu hərbi struktura tabedir. Cənub Hərbi Dairəsinin komandanı 2024-cü ilin noyabr ayında general-polkovnik Aleksandr Semyonoviç Sançik olub, onun müavini isə Vladimir Anatoliyeviç Koçetkovdur.