Tez-tez çay içməyin zərərləri

Dietoloq Yelena Solomatina çay kimi məşhur içkidən sui-istifadənin mənfi nəticələrindən danışıb.

Tez-tez çay içməyin zərərləri
Dietoloq Yelena Solomatina çay kimi məşhur içkidən sui-istifadənin mənfi nəticələrindən danışıb.

meqale.com bildirir ki, həkim gündə 4-5 stəkan yaşıl və ya 3-4 stəkan qara çaydan çox içməməyi normal adlandırıb. Onun sözlərinə görə, bədəndə canlandırıcı içkinin həddindən artıq istehlakı ilə böyrəklərə yük artır və sinir sisteminin həddindən artıq tonlanması baş verir.

Solomatina çayın tərkibindəki kofeinin əhval-ruhiyyəyə mənfi təsir edə biləcəyini vurğulayıb. Xüsusilə, çay içəndə taxikardiya və əsəbilik ola bilər. İnsanda baş ağrıları da yaranar və diqqətinizi cəmləməkdə çətinlik çəkə bilərsiniz.