Təzə ilin ilk günlərində uşaqlara qoyulan fərqli adlar - SİYAHI
2024-cü ili ilin ilk günlərində uşaqlara fərqli və müasir adların qoyulması halları müşahidə edilir.
meqale.com xəbər verir ki, bu barədə İqtisadiyyat.az Ədliyyə Nazirliyindən məlumat əldə edib.
Belə ki, təzə ilin ilk ayının birinci yarısında oğlan uşaqlarına verilən adlar arasında Ərhan, Alihan, Onur, Mirac, Atilla, Mehran, Rüzgar, Qiyami və Rahula rast gəlinir.
Bununla yanaşı ilk onluqda Raul, Uğur, Hüseyn, Yusif, Əli, Amir, Aslan, Murad, Məhəmməd və Həsən adı qərarlaşıb.
Təzə ilin ilk ayının birinci yarısında qız uşaqlarına verilən adlar arasında isə Elay, Narin, Alisa, Milay, Asena, Melisa, Alina, Milana, Liya, Ahu, Özləm, Eslem, Sunay, Filiz, Milen, Dəfnə, Hümeyra, Eliza, Asenat və Afinaya rast gəlinib.