Tiani Fransanı ittiham etdi: terrorçularla əməkdaşlıq...
Nigerin keçid dövrünün Prezidenti Abdürəhamane Tiani bir daha Fransanı ölkəsində sabitliyi pozmaqda və Qərbi Afrikada terroru dəstəkləməkdə ittiham edib.
meqale.com axar.az-a istinadən xəbər verir ki, A.Tiani Nigerin Milli Günü münasibətilə televiziyaya verdiyi müsahibədə bu barədə danışıb.
"Nigerdə sabitliyi pozmaq kimi qeyri-sağlam addımlar ərazimizdən qovduğumuz Fransa DGSE-nin (Xarici Təhlükəsizlik Baş Direktorluğu) bütün agentlərinin yenidən yerləşdirilməsi ilə yayılır. Onlar yenidən Benində və Nigeriyada yerləşiblər", - Tiani qeyd edib.
O, fransız agentlərinin terror təşkilatları ilə əməkdaşlıq etdiyini bildirərək, sabitliyi pozmaq istəyinin fakt olduğunu deyib.