Ticarət mərkəzinin ərazisində yanğın olub

Mingəçevir şəhərində ticarət mərkəzinin ərazisində ümumi sahəsi 15 m² olan tikilinin (parça satışı mağazası kimi fəaliyyət göstərir) lambirdən ibarət tavanı 10 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən meqale.com-a bildirilib ki, tikilinin qalan hissəsi və digər mağazalar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.