TikTok-da çirkli pulların necə yuyulmasından danışdı
Aparıcı İlkin Həsəni TikTok-da çirkli pulların necə yuyulmasından danışıb.
meqale.com xəbər verir ki, "Baku aktual" verilişində qonaq olan aparıcı bu prosesin necə baş verdiyini izah edib:
"Feysbuk və instaqram "Meta" şirkətinə aiddir. Artıq bir neçə ildir ki, Azərbaycandan kimsə reklam ödənişi etdikdə 18 faiz vergi tutulur. Eləcə də yutubdan biz hansısa bir gəlir əldə ediriksə, platforma kartdan karta göndərmir, birbaşa bank hesabını istəyir. Vergi məlumatını göndərirsən, rəsmi qeydiyyatın olmalıdır. Ölkəmizdə hər hansı bir şəxsə ödəniş etdikdə, bunu dollarla edir. Dollar hesabında da biz vergi ödəyirik. Bu kifayət qədər şəffafdır.