“Tiktoker Əli Kərimli və dəstəsi toyuq oğrularını siyasi məhbus kimi yazır”
"O insanlara sanksiya tətbiq olunması tələb olunur ki, həmin insanlar ləyaqətlə Azərbaycan dövlətçiliyinə, xalqına xidmət edirlər, ermənilərə qarşı mübarizə aparıblar".
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında deyib.
"Ata və anasını tanımayan istər Benilüks ölkələrinin, istərsə də Fransanın deputatları, o cümlədən Azərbaycanı xəritədə tapa bilməyən ABŞ Konqresinin üzvləri Azərbaycanda hansısa hakimlərin, kənd rayonunda işləyən müstəntiqin adını əzbər şəkildə müəyyən sanksiyalara təklif edir.