Timati buna görə evlənmir
Məşhur reper və iş adamı Timatinin niyə indiyə qədər evlənmədiyi məlum olub.
meqale.com xəbər verir ki, bu barədə ona yaxın mənbələr açıqlama verib. Onlar bildiriliblər ki, Timatinin aktivləri - daşınmaz əmlakı, biznesləri, avtomobilləri və hesabları demək olar ki, hər gün artır və o, gələcəkdə boşanma halında bu sərvətini heç kimlə bölüşmək istəmir:
"Timati məhkəmə, milyonluq aliment, kompensasiya kimi problemlərlə üzləşmək istəmir. Reperin yanındakı xanımlar isə bu yazılmamış qaydanı bilir və görünür ki, buna etiraz etmirlər. Hər nə qədər qadınlar özlərini istisna hesab etsələr də, Timati evlənmək fikrindən uzaqdır".