Timsahı yumruqlayan qadına mükafat verdilər - FOTO
Böyük Britaniyada timsaha zərbə vuran qadının adı Britaniyanın ilk mülki qəhrəmanlarının kral siyahısına daxil edilib.
meqale.com oxuya istinadən bildirir ki, bacısını xilas etmək üçün timsahın üzünə yumruq atan və cəsarətə görə mükafatlandırılanlar arasında olan 31 yaşlı britaniyalı Corciya Lori kral vətəndaş fəzilətləri siyahısına salınıb.
Əkiz bacılar 2021-ci ilin iyun ayında Meksikanın Puerto Eskondido şəhəri yaxınlığındakı göldə üzdükləri zaman bacılardan biri Melissaya timsah hücum edib və onu suyun altına dartıb aparıb. Bu zaman Corciya qorxmadan yırtıcının üzərinə gedib və ona zərbə endirib. Hər iki bacı ağır yaralansa da, sağ qalıb.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun