Toivo Klaar Ermənistanda səfərdədir
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Ermənistanda səfərdədir.
meqale.com Trend-ə istinadən xəbər verir ki, Ermənistan müdafiə naziri Suren Papikyan Toivo Klaarı və Aİ Nümayəndəliyinin rəhbəri Vasilis Maraqosu qəbul edib.
Görüş zamanı regional məsələlər və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət müzakirə olunub.
Xatırladaq ki, 16 avqust 2023-cü il tarixində nazir Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Daha sonra T.Klaar 18 avqust tarixində Ermənistana səfər edərək, Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının rəhbəri Markus Ritterlə görüşüb.