Torpaq sürüşməsi nəticəsində 63 nəfər ölüb

Tanzaniyanın şimalında leysan yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 63 nəfər ölüb, 116 nəfər yaralanıb.

Torpaq sürüşməsi nəticəsində 63 nəfər ölüb
Tanzaniyanın şimalında leysan yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 63 nəfər ölüb, 116 nəfər yaralanıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki,  bu barədə "AFP" agentliyi xəbər verib.

Ölkənin baş naziri Kasim Macalivanın sözlərinə görə, ölənlər arasında 23 kişi, 40 qadın var.

Dekabrın 3-də "AFP" bildirib ki, hadisə nəticəsində 47 nəfər ölüb, 85 nəfər yaralanıb. Hazırda itkin düşənlərin axtarışı davam etdirilir.