“Torpaqlarımızda gəzmək üçün icazə lazım deyil” - Mahmud Abbas
Xəbər verdiyimiz kimi, İsrail Fələstin Prezidenti Mahmud Abbasın Qəzza zolağına səfər etməsinə razı olmayıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunun ardınca Fələstin liderinin cavabı gecikməyib.
"Fələstin torpaqlarına getmək üçün icazəyə ehtiyacım yoxdur" , - deyə, dövlət başçısı bildirib.
Qeyd edək ki, anklavda ötən ilin aprelin 7-si başlayan müharibə ocağı hələ də aktuallığını qoruyub-saxlayır.