Tovuzda qadın 1 yaşlı uşağı kirayə götürdüyü evdə qoyub qaçdı
Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində kirayə verilmiş mənzildə tək qalan azyaşlı oğlan uşağı aşkarlanıb.
Evi kirayə götürən qadın uşağını 3 gün öncə evdə qoyaraq başqa yerə gedib.
Azyaşlı qonşuların müraciəti əsasında aşkarlanaraq xəstəxanaya yerləşdirilib. Ona lazımı tibbi yardım göstərilib.