Toy sevinci faciəyə çevrildi - Yaralananlar var - FOTO

Zaqatalada ağır yol-nəqliyyat hadisəsi baş verib.

Toy sevinci faciəyə çevrildi - Yaralananlar var - FOTO
Zaqatalada ağır yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com xəbər verir ki, qəza rayonun Muxax kəndi ərazisində qeydə alınıb.

Sərnişin daşıyan mikroavtobusla "Mercedes Vito" markalı avtomobil toqquşub. Nəticədə, hər iki nəqliyyat vasitəsi aşıb.

Bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İlkin məlumata əsasən, marşrut avtobusu toydan çıxan qonaqları aparırmış.