Toyda işıqlar söndü, qonaqlar qaranlıqda qaldı - VİDEO
Bakıda yerləşən "Təbrik" Şadlıq Sarayında keçirilən toy mərasimi zamanı gözlənilmədən işıqlar sönüb.
meqale.com xəbər verir ki, məclisdə iştirak edən qonaqların sözlərinə görə, elektrik enerjisi bir anda kəsilib və zal tam qaranlığa qərq olub. Bu isə 1 saata yaxın davam edib.
Hadisə yerinə şadlıq sarayının texniki heyəti cəlb olunub. Onların müdaxiləsindən sonra işıq bərpa edilib və məclis davam etdirilib.
Elektrik kəsintisinin səbəbləri barədə məlumat yoxdur.