Toyda qeyri-adi hadisə: hərə öz yediyinin... - FOTOlar
Jake və Natali cütlüyü dəbdəbədən uzaq bir toyla evləniblər.
meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, toyda onlar cəmi 1560 funt sterlinq xərcləyib.
Jake deyib: "Bizim dəbdəbəli bir toya pulumuz yox idi. Ev almaq üçün pul yığırıq. Çıxışlar, peşəkar fotoqraf və ənənəvi toy bəzəkləri ilə cəmi 1560 funt sterlinq xərclədik. Bu da İngiltərədəki orta toy xərclərinin yalnız onda biri qədərdir".
Onlar toyu ilk dəfə tanış olduqları yerdə ediblər. Toya gələn hər kəs məkanda yediyi yeməyin pulunu ödəyib.
Fidan meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun