Toyuq əti kəskin BAHALAŞDI - Mal və qoyun ətinin qiyməti...

Son günlər ölkədə toyuq əti kəskin bahalaşıb.

Toyuq əti kəskin BAHALAŞDI - Mal və qoyun ətinin qiyməti...
Son günlər ölkədə toyuq əti kəskin bahalaşıb.

meqale.com Bakupost.az-a istinadən xəbər verir ki, əvvəllər 5-6 manata alınan toyuqlar, indi marketlərdə 8-10 manata satılır. Demək olar ki, toyuq ətinin qiyməti mal-qoyun ətinə çatır.

Bəs bahalaşmanın səbəbi nədir? Toyuğun qiymətinin artması digər ətlərin qiymətinə təsir edəcəkmi?

Məsələ ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli açıqlama verib.

Onun sözlərinə görə, bahalaşmanın səbəbi məhsul qıtlığıdır: "Məhsuldarlığın aşağı düşməsi və maya dəyərinin artması da buna təsir edir. Hazırda toyuq yemləri də bahalaşıb. Digər tərəfdən, Azərbaycan iqtisadiyyatının köklü problemlərindən olan inhisarçılıq da qiymət artımını tətikləyir və sürətləndirir. Səbəb dediyim kimi, toyuq ətinin maya dəyərinin və yemin bahalaşması, istehsalın azalmasıdır. Ola bilər ki, bu, süni şəkildə edilir. Araşdırma aparılmalıdır".