“Trabzonspor” azarkeşlərindən TFF-yə etiraz

"Trabzonspor" azarkeşləri "Fənərbaxça" ilə matçda baş verən hadisələrə görə verilən cəzalara etiraz ediblər.

“Trabzonspor” azarkeşlərindən TFF-yə etiraz
"Trabzonspor" azarkeşləri "Fənərbaxça" ilə matçda baş verən hadisələrə görə verilən cəzalara etiraz ediblər.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, tərəfdarlar Türkiyə Futbol Federasiyasının (TFF) Trabzon şöbəsi qarşısına toplaşaraq "istefa" şüarları səsləndirib.

Qeyd edək ki, Türkiyə Superliqasında baş tutan qalmaqallı "Trabzonspor" - "Fənərbaxça"  (2-3) matçının cəzaları ötən gün Türkiyə Peşəkar Futbol İntizam Komitəsi tərəfindən açıqlanmışdı. "Trabzonspor"a 6 oyunluq azarkeşsiz oynamaq cəzası verilmişdi.