Tramp ABŞ-nin ən korrupsiyalaşmış ştatının adını açıqladı
ABŞ Prezidenti Donald Tramp Nyu-Yorku Birləşmiş Ştatların ən korrupsiyalaşmış ştatı adlandırıb.
meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri "Truth" sosial şəbəkə hesabında yazıb.
Siyasətçi bildirib: "Nyu-York Birləşmiş Ştatlarda ən korrupsiyalaşmış ştatdır. Bax buna görə də bir çox müəssisə və insan oradan qaçır".