Tramp Britaniyada etiket qaydasını pozdu - FOTO

ABŞ Prezidenti Donald Trump və birinci xanım Melaniya Trump bazar ertəsi Bakinqam Sarayına gəlib. Onları Uels şahzadəsi Çarlz və Kornuoll hersoqinyası Kamil qarşılayıb.

meqale.com xarici mətbuata istinadən xəbər verir ki, görüş zamanı Tramp ənənəyə uyğun olaraq Şahzadə Çarlza baş əyməyib, əvəzinə onun əlinin sıxıb. Lakin kral ailəsinin keçmiş işçisi və protokol mütəxəssisi Qrant Harroldın sözlərinə görə, Trampın əl sıxma tərzi saray qaydalarını açıq şəkildə pozub.

Donald və Melaniya Tramp Böyük Britaniyaya tarixi dövlət səfərinə başlayıblar. Prezident və xanımı kraliyyət ailəsi ilə görüşdən sonra ailə üzvləri ilə nahara qatılıb və həmin axşam təşkil olunan dövlət ziyafətinə də dəvət ediliblər.

Lakin görünür ki, Tramp ailəsinə rəsmi kral etiketi qaydaları əvvəlcədən ətraflı izah edilməyib. Prezident, kral III Çarlzdan əvvəl Vindzorda fəxri qarovul dəstəsinin qarşısında olub. Həmçinin, görüş zamanı Tramp dəfələrlə əlini Britaniya monarxının kürəyinə qoyub, etiket qaydasını pozub. Böyük Britaniya ənənəsinə və protokoluna görə, krala toxunmaq qəti qadağandır.