Tramp prezident maaşından imtina etdi

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ikinci prezidentlik müddətində dövlət başçısının hesabına bütün maddi imtiyazlardan imtina etmək niyyətində olduğunu açıqlayıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə NBC kanalına müsahibəsində deyib.

Tramp bildirib ki, ABŞ Prezidenti üçün nəzərdə tutulan illik 400 min dollar maaşı almayacaq, prezidentin pensiyasından da imtina edəcək.

"Bir sent də qəbul etməyəcəyəm. Bu, mənim dövlət xərclərinin azaldılmasına töhfəmdir", - Tramp vurğulayıb.

Qeyd edək ki, ilk səlahiyyət müddətində Tramp prezidentlik maaşından imtina etmiş, pulları xeyriyyəçilik və müxtəlif proqramlara, o cümlədən milli parkların qorunmasına yönəltmişdi.