Tramp: “Putin Ukrayna müharibəsini bitirmək istəmir”
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada gedən müharibəni dayandırmağa maraqlı deyil.
meqale.com xəbər verir ki, Tramp vurğulayıb ki, hərçənd Putinlə şəxsi münasibətləri yaxşıdır, lakin onun bu münaqişəyə son qoymaq niyyəti yoxdur.
"Əgər o istəsəydi, bu böhran çoxdan sona çata bilərdi", -deyə Tramp fikrini əlavə edib.
ABŞ lideri həmçinin açıqlayıb ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin yaxın günlərdə Vaşinqtona səfəri gözlənilir. Səfər zamanı Zelenskinin ABŞ-dən əlavə silah yardımı, o cümlədən "Tomahawk" qanadlı raketləri tələb edəcəyi bildirilir.