Tramp sadəcə danışmaqla 12 milyon dollardan çox pul qazandı

ABŞ-ın keçmiş prezidenti Donald Tramp vəzifəsindən getdikdən sonra nitq üçün 12 milyon dollardan çox pul alıb.

Tramp sadəcə danışmaqla 12 milyon dollardan çox pul qazandı
ABŞ-ın keçmiş prezidenti Donald Tramp vəzifəsindən getdikdən sonra nitq üçün 12 milyon dollardan çox pul alıb.

meqale.com Trend-ə istinadən bildirir ki, sabiq ABŞ prezidenti vəzifəsindən getdikdən sonra 15 ictimai tədbirdə iştirak edib. O, hər çıxışına görə 150 ​​min dollardan 2,5 milyon dollara qədər gəlir əldə edib. Trampın həyat yoldaşı Melaniya da 2021-ci ildən ictimai tədbirlərdə iştirakına görə 1 milyon dollardan çox qazanıb.

Bundan əlavə, keçmiş Amerika lideri müxtəlif aktivlərdən 13 milyon dollardan çox gəlir əldə edib.

Məlumatda o da qeyd olunur ki, Trampın turizm daşınmaz əmlakı və qolf meydançaları da daxil olmaqla aktivlərinin ümumi dəyəri ən azı 1,5 milyard dollar qiymətləndirilir. Aberdin qolf turizm mərkəzi Trampa 7 milyon dollardan çox gəlir gətirib.