Tramp seçkilərdə uduzsa, qanlı toqquşma olacaq - Bayden
ABŞ Prezidenti Co Bayden Donald Trampın noyabrda keçiriləcək prezident seçkilərində uduzacağı təqdirdə hakimiyyətin dinc yolla dəyişəcəyinə inanmadığını bildirib.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Bayden "CBS Nyus"a verdiyi müsahibədə deyib.
Bayden bildirib ki, Tramp uduzsa, ciddi mübarizə aparacaq:
"O, dediyini tam olaraq nəzərdə tutur. Biz onu ciddi qəbul etmirik. Lakin o, uduzduğu təqdirdə qanlı qarşıdurma haqqında sözlərində ciddidir".