Tramp "TikTok"a qayıtdı - İlk VİDEOsu belə oldu

ABŞ prezidenti Donald Tramp bir vaxtlar qadağan etməyə çalışdığı "TikTok" tətbiqini indi "xilas etdiyini" iddia edib. Tramp Oval Ofisdən "TikTok"da paylaşım edərək gənc istifadəçilərə tətbiqin ABŞ-də qadağan edilməsinin qarşısını aldığını xatırladıb.

Tramp

meqale.com xəbər verir ki, Tramp bu sözləri deyib: "Mən "TikTok"u xilas etdim, ona görə də mənə böyük borcunuz var".

Oval kabinetdə lentə alınan yazıda o əlavə edib ki, bir gün bu gənclər də eyni masada oturacaq və "əla iş görəcəklər".

Qeyd edək ki, Tramp 2020-ci il sərəncamı ilə TikTok-u milli təhlükəsizliyə təhdid kimi qiymətləndirərək qadağan etməyə çalışırdı.