Tramp və Harris oktyabrda ikinci teledebat keçirmək barədə razılığa gəliblər

ABŞ-nin Demokratlar və Respublikaçılar partiyasından prezidentliyə namizədlər Kamala Harris və Donald Tramp oktyabrda teledebatların ikinci raundunun keçirilməsi ilə bağlı razılığa gəliblər.

meqale.com APA-ya istinadən xəbər verir ki, bu barədə vitse-Prezident Harrisin kampaniyasının kommunikasiya direktoru Maykl Taylerin yazılı açıqlamasında bildirilib.

"Donald Trampın kampaniyası üç debat keçirmək təklifimizi qəbul etdi - iki raund prezidentliyə namizədlərlə, biri isə vitse-prezidentliyə namizədlərlə", - Tayle qeyd edib.