Tramp yaxın günlərdə onunla görüşəcək

ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə Britaniyanın Baş naziri Kir Starmerlə görüşəcəyini açıqlayıb.

Tramp yaxın günlərdə onunla görüşəcək
ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə Britaniyanın Baş naziri Kir Starmerlə görüşəcəyini açıqlayıb.

meqale.com xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evin Oval kabinetində bir neçə yeni fərman imzalayarkən jurnalistlərə bildirib.

"O, görüşmək istədi və mən də razılaşdım. Anladığım qədər, gələn həftə və ya həftəsonu Vaşinqtona gəlməyi planlaşdırır. Biz müzakirələr aparacağıq. Bu, onun təşəbbüsüdür. Biz yaxşı anlaşırıq. O, çox yaxşı biridir", - Tramp vurğulayıb.