Trampa qarşı sui-qəsdlə bağlı maraqlı detal üzə çıxdı

ABŞ-nin keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdi edən şəxs atışma başlamazdan əvvəl hadisə yerində pilotsuz uçan aparatdan istifadə edib.

Trampa qarşı sui-qəsdlə bağlı maraqlı detal üzə çıxdı
ABŞ-nin keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdi edən şəxs atışma başlamazdan əvvəl hadisə yerində pilotsuz uçan aparatdan istifadə edib.

meqale.com oxuya istinadən xəbər verir ki, bunu ABŞ Məxfi Xidmətinin direktoru Kimberli Çitl təsdiqləyib.

O, Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsinin iclasında Trampa atəş açan şəxsin həqiqətən də drondan istifadə edib-etmədiyi ilə bağlı sualı cavablandırıb.

Çitl hadisənin digər təfərrüatını açıqlamayıb.