Trampdan 370 milyon dollar tələb olunur
Nyu-Yorkun baş prokuroru Letisiya Ceyms məhkəmədən "Tramp Təşkilatı"nın aktivlərinin dəyərinin şişirdilməsi ilə bağlı ABŞ-ın keçmiş prezidenti Donald Trampdan 370 milyon dollar tələb edib.
meqale.com APA-ya istinadən xəbər verir ki, bu barədə ABC televiziyasının məlumatında deyilir.
Prokurorluğun məlumatına görə, Tramp saxtakarlıqla 370 milyon dollar qazana bilib. Ceyms həmçinin Trampın və onun təşkilatının digər iki əməkdaşının Nyu-York ştatında daşınmaz əmlak əməliyyatları aparmasının qadağan edilməsini istəyib.