Trampın oğlu Zelenskini ələ saldı: “Dollarlarımız olmadan...” – VİDEO
Amerika prezidentinin oğlu, kiçik Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini ələ salıb.
meqale.com bizim.media-ya istinadən xəbər verir ki, o, "X" səhifəsində Zelenskinin əvvəlki illərdə rəqs edərkən çəkilmiş videosunu paylaşıb və ABŞ-ın maliyyə yardımı olmadan müharibədə təkbaşına qalib gəlməyi təklif edib.
"Zelenski bizim dollarlarımız olmadan müharibədə qalib gəlməlidir. Bunun nə ilə nəticələndiyini görəcəyik" - deyə o, paylaşımda qeyd edib.