"Turan Tovuz kolumbiyalı futbolçu transfer etdi - FOTO

"Turan Tovuz" kolumbiyalı futbolçu Hayderson Hurtadonu heyətinə qatıb.

"Turan Tovuz" kolumbiyalı futbolçu Hayderson Hurtadonu heyətinə qatıb.

meqale.com xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

29 yaşlı müdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, peşəkar karyerasına Braziliyada başlayan oyunçu bu ölkənin "Genus", "İtarare", "Azuriz", "Parana", Slovakiyanın "Sered", "Skalitsa" klublarının şərəfini qoruyub. O, son olaraq Çexiyada "Yablonets"in formasını geyinib.