“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi
Azərbaycan Premyer Liqasında 4-cü turun oyunları keçirilir.
meqale.com xəbər verir ki, ikinci oyun gününün sonuncu görüşü "Turan Tovuz"la "Qəbələ" arasında keçirilib.
Görüş Tovuz təmsilçisinin qələbəsiylə yekunlaşıb.
Daha öncə keçirilmiş "Qarabağ" - "Zirə" matçında qalib müəyyənləşməyib - 1:1. "Sumqayıt" "İmişli"yə 0:1, "Kəpəz" isə "Araz-Naxçıvan"a 0:2 hesabıyla uduzub. "Şamaxı" - "Karvan" və "Neftçi" - "Sabah" oyunları sabah keçiriləcək.
Azərbaycan Premyer Liqası 4-cü tur 13 sentyabr
"Turan Tovuz" - "Qəbələ" 1:0 Qol: Aleks Souza, 54. Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev. "Azərsun Arena".