Turizm dələduzlarından necə qorunmaq olar? - FOTO
Azərbaycanda yay istirahət mövsümünün gəlməsi ilə ölkənin regionlarına və xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı artıb.
Buna paralel olaraq turizm sektorunda fəaliyyət göstərən dələduzlar da aktivləşiblər.
Ara-sıra sosial şəbəkələrdə onların qurbanı olmuş şəxslərin paylaşımlarına rast gəlinir. "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyi vətəndaşlara müraciət edərək onları turizm xidmətlərindən istifadə edəndə (tur-paketlər alanda) ehtiyatlı olmağa çağırıb. Bəs turizm dələduzlarından necə qorunmaq olar?
meqale.com "report"a istinadən bildirir ki, Assosiasiya sədrinin müşaviri Müzəffər Ağakərimovun dediyinə görə, hansısa şirkətdən turizm məhsulu alanlar bunu müqavilə ilə rəsmiləşdirməli, amma bağladıqları müqaviləni diqqətlə oxumalıdırlar. "Müqavilədə turizm şirkətinin rəhbər şəxsinin adı, şirkətin rəsmi ünvanı və başqa məlumatlar qeyd edilməlidir. Əgər nəsə uyğunsuzluq varsa vətəndaş birbaşa şirkəti məhkəməyə belə verə bilər", - deyə o qeyd edib.
Bundan başqa, turizm rəsmisinin sözlərinə görə, şirkətlər arasında seçim edərkən də diqqətli olmaq lazımdır: