“Türk Eskobar” və dəstəsinə qarşı əməliyyat keçirildi - FOTOlar
Türkiyədə ölkələrarası narkotik satışı və daşınması kimi əməllərdə şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, ölkənin daxili işlər naziri Ali Yerlikaya əməliyyatlar zamanı 42 nəfərin saxlanıldığını açıqlayıb.
"Türk Eskobar" ləqəbli Ürfi Çetinkayanın rəhbəri olduğu qruplaşmaya qarşı keçirilən əməliyyata "Kafes-44" adı verilib. Bildirilib ki, əməliyyat zamanı saxlanılanlar arasında ABŞ tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş şəxs də var.